Səbinə Əliyeva

Həkim-psixiatr

Həkim-psixoterapevt

Psixoloq

* uşaq,yeniyetmə, böyük və
ailə psixoloqu

Mənim haqqımda

Mənim haqqımda
Salam! Mənim adım Səbinədir. Mən Bakıda həkim-psixiatr, həkim-psixoterapevt, uşaq, yeniyetmə, böyük və ailə psixoloquyam. Mən hər bir müştəriyə fərdi yanaşma tapıram və öz peşəmdə hər zaman təkmilləşməyə çalışıram. Çətin həyat vəziyyətlərini anlamaq və həyata yenidən baxmağa kömək edirəm.
Daha ətraflı

Nə ilə işləyirəm ?

  • Qidalanma və görünüşün qəbulu ilə bağlı problemlər

  • Uşaqların və yeniyetmələrin həyatında çətinliklər

  • Partnyorunuzla və ailə həyatında problemlər

  • Halüsinasiyalar və ya depersonalizasiya/derealizasiya

  • Qeyri-sabit əhval və ya narahatlıq, həmçinin panika

  • Yaşamağınız çətin olan psixoloji travma

Psixoloq, psixiatr və psixoterapevt peşələri haqqında stereotiplər

Stereotip 1

Psixoloq / psixiatr / psixoterapevt sadəcə oturub müştəriyə/pasientə qulaq asaraq pul qazanır
Stereotip 1
Psixoloq / psixiatr / psixoterapevt sadəcə oturub müştəriyə/pasientə qulaq asaraq pul qazanır

Bu, düzgün deyildir. Niyə? Müxtəlif hallar var. Mütəxəssis, həqiqətən, bir saat susa bilər və heçnə şərh etməz. Amma bir şey soruşmaq, şərh etmək və s. lazım olan hallar var. Hər şey çox fərdi. Elə olur ki, müştəri gəlir və bir saat susur. Bəzən insan sadəcə susmaq istəyir.

Stereotip 2
Psixoloq / psixiatr / psixoterapevt yüngül peşədir, orda nə var ki?!

Xeyr .Psixoloq/psixiatr/psixoterapevt tərəfindən iş çox güc və enerji alır.

Stereotip 3
Sən axı psixoloqsan, sən axı psixoterapevtsən, psixiatrsan, sən səbrli olmalısan, sən başa düşməlisən, sən, sən

Bu mənim "sevimli" stereotipimdir. Yox, yox və bir daha yox. Bu, düzgün deyildir. Mütəxəssislər sizin kimi insandılar, öz xarakteri ilə, həyata baxışları və dünyagörüşü ilə.

Stereotip 4
Psixoloq /psixiatr / psixoterapevt mənfi duyğuları yaşamamalıdır

3 nömrəli stereotipdə deyildiyi kimi, biz də hər kəs kimi insanlarıq. Bizim mənfi emosiyalar yaşamağa haqqımız var, çünki bunu hiss etmək imkanımız var. Və bu normaldır.

Stereotip 5
Psixoloq/psixiatr / psixoterapevt yaşlı olmalıdır. Gənclər heç nə bilmirlər.

Bu stereotip, ümumiyyətlə, istənilən peşəyə şamil edilir. Gəncdirsə demək heçnə bilmir. Amma məni həmişə o fakt maraqlandırırdı ki, təcrübəli və "Yaşlı" də nə vaxtsa Gənc olub. O necə olur onda bəs?!

Stereotip 6
Psixoloq / psixiatr / psixoterapevt bütün suallara cavab bilir

Heç kim bütün suallara cavab bilmir.

Stereotip 7
Psixoloq / psixiatr / psixoterapevt düşüncələri oxumağ, bir mesajdan və ya zəngdən şəxsin xarakterini anlamağa borcludur

   Bu da doğru deyil. Niyə? İzah etməyə çalışacağam: əvvəlcə mütəxəssisin müştərinin xarakterini təsvir etməyə borclu olmadığını başa düşmək lazımdır. Ona bəzi problemlər üzündən müraciət edirlər. Mütəxəssis deyə bilər ki, bu və ya digər xüsusiyyət (davranış modelinin təkrarlanması) haradan gəldi, və bunun ilə müştəriyə çox kömək edəcək, çünki problem həll olunur, nə vaxt, insan dərk edir ki, bu onun xüsusiyyəti deyil, ətrafdakılar tərəfindən qəbul edilmiş və ya kiminsə davranış modelini təkrarlayır.

Stereotip 8
Bir-biri ilə psixoloq / psixiatr / psixoterapevt peşəsini qarışdırmaq

Psixiatr: ətrafdakılar üçün açıqlanmayan, öz vəziyyətinə qarşı tənqid, sayıqlama, şüurda "səs", vahimə qorxusu, dərin depressiyanın öhdəsindən gələ bilməmə və s. olan hallarda müraciət edirlər.


Psixoterapevt: psixi sağlamlıqla və insanın vəziyyəti ilə bağlı problemlərin həllində kömək edir. Bu, bizim hər birimiz ilə baş verə bilər: ağır stress yaşayanda və ya uzun müddət stressli vəziyyət olanda (məsələn, ailədə və ya işdə xoşagəlməz vəziyyət ola bilər). Psixoterapevt həkim kimi resept ilə dərman yaza bilər əgər psixiatriya təhsili alıbsa. Psixologiya təhsili alıbsa dərman yaza bilməz.


Psixoloq: çətin vəziyyətlərdə olan, müəyyən emosional çətinliklərlə üzləşən, böhranlı vəziyyətləri yaşayan, öz həyat təcrübəsini başa düşməyə və ya yenidən dərk etməyə çalışan, habelə həyatını dəyişmək və dəyişdirmək istəyən psixi sağlam insanlarla işləyir. Psixoloqun heç bir tibbi təhsili yoxdur və dərman yaza bilməz.

Stereotip 9
Psixoloq / psixiatr / psixoterapevt mükəmməl və təmkinli olmalıdır. Ondan nümunə götürmək lazımdır. Mütəxəssinin həyatında hər şey pisdirsə, bəs başqalarına nə öyrədə bilər?!

Xeyr, yuxarıda iki dəfə qeyd etdiyim kimi, mütəxəssislər də bütün hamı kimi insanlardır. Bizim yeganə fərqimiz ondan ibarətdir ki, biz insanın ruhunu daha yaxşı bilirik. Amma bu o demək deyil ki, biz özümüz üçün psixoloqlar/psixiatrlar/psixoterapevt olmağa borcluyuq. daha çox deyəcəyəm,
bu mütəxəssislərin əksəriyyətinin şəxsi psixoloqları/psixiatrları/psixoterapevərləri də var.

Stereotip 10
Ailə/uşaq psixoloqu/psixoterapevt evlilikdə olmalı və uşaq sahibi olmalıdır, əks halda o(a) başqa ailəyə və ya uşağa necə kömək edə bilər?

Bu stereotip mənim üçün ən qəribə stereotiplərdən biridir. Peşə və şəxsi həyat necə bağlıdır? Mütəxəssis şəxsi təcrübəyə əsaslanaraq kömək etmir, belə ki, qohumları, dostları, həmkarları kömək edə bilər insana. Mütəxəssis isə başqalarının görmədiklərini görməyə kömək edir, problemi peşəkarlıqla həll etməyə kömək edir.

Stereotip 11
Ailə psixoloqu / psixoterapevtı boşanmada ola bilməz. O öz, ailəsini xilas etmədirsə, başqasına necə kömək edəcək?!

Əvvəlki stereotipə qayıdaraq, bu necə bağlıdır? Məsələn ailə psixoloquna/psixoterapevtinə həyat yoldaşı xəyanət elədi. Həyatı prinsipləri ilə xəyanəti bağışlamaq mümkün deyilsə, o boşanacaq. Hər hansı bir şəxs və hər hansı bir səbəbdən xəyanər edə bilər. Bunu qabaqcadan görmək mümkün deyildir. Və sonra mütəxəssinin yanına cütlük gəlir, onlardan birinin xəyanətindən sonra barışmaq istəyi ilə. Mütəxəssis şəxsi təcrübəyə əsaslanaraq onları boşandırmayacaq. O, münasibətləri bərpa etməyə kömək edəcək. Amma bu o demək deyil ki, əgər onun üçün bu qəbuledilməzdirsə, o, öz münasibətlərində də bunu etməlidir.

Stereotip 12
Psixiatr yalnız antidepresantlar yazır

Antidepresanlar qorxunc deyil, budərmanlarla bağlı stereotiplər var. Onları ehtiyatla qəbul etmək lazımdır, məhz belə dozada, hansını ki, həkim təyin edib. Əgər psixiatr dərman yazırsa, ondan səbəbini və bu dərmanın nə olduğunu, hansı tərkibə malik olduğunu, yan təsirləri ola biləcəyini soruşa bilərsiniz.

Stereotip 13
Psixiatr elə yalnız diaqnoz qoyur

Psixiatriyada diaqnoz ən əhəmiyyətli rol oynamır. Diaqnoz ilkin və əsas ola bilər. Psixiatriyada oxşar diaqnozlar çoxdur, buna görə də onu dəqiq müəyyənləşdirmək üçün vaxt, müşahidə, söhbət lazımdır. Bundan əlavə, psixiatriyada diaqnoz özü deyil, simptomlar müalicə olunur.

Stereotip 14
Psixoloq / psixiatr / psixotera-pevtə yalnız xəstə insanlar gedir. Əgər mən gedsəm bu mütəxəssislərə, demək, məndə nəsə var. Məni işdən çıxaracaqlar axı, görən insanlar mənim haqqımda nə düşünəcəklər..

Təəssüf ki, bir çoxları mütəxəssisin yanına getmirlər, çünki onlar haqqında insanlar nə düşünəcəyindən qorxurlar. Əvvəla, bu barədə kim biləcək ? Əgər müştəri özü məlumat verməsə, onda başqaları bu barədə necə məlumat əldə edə bilər? Bundan əlavə, norma üçün, psixiatrin yanına digər həkimlər kimi ildə bir dəfə getmək lazımdır. İnsanda psixoloq / psixoterapevt həmişə şəxsi vəkil və hüquqşünas kimi olmalıdır.

Stereotip 15
Bir seanca mütəxəssis müştərini müalicə etməlidir qulaq asaraq pul qazanır

Bir saat ərzində həll oluna biləcək sorğular var. O da tam həll olunmur. Ancaq ailə problemi varsa, ruhi xəstəlik varsa bir saata o həll olunmayacaq. Bir saat ərzində insanı müalicə etmək mümkün deyil, xüsusilə də bu psixikaya aiddir.

Stereotip 16
Psixoloq/psixiatr/psixotera-pevt xəstənin / müştərinin bütün problemlərini həll edir

Burada iş birlikdə yetirilir, 50% yetirir mütəxəssis, 50% müştəri. Məsələn, psixiatr dərman yazdı, şini yerinə yetirdi. Xəstə, əgər vaxtında qəbul etmirsə və ya unutursa, onda heç bir təsiri olmayacaq. Psixoterapiyada eynən. Əgər müştəri təyin edilmiş günlərdə seanslara qatılmırsa, bir dəfə gəlir, bir dəfə gəlmir, qapalı olur, onda effekt olmayacaq.

Bu, düzgün deyildir. Niyə? Müxtəlif hallar var. Mütəxəssis, həqiqətən, bir saat susa bilər və heçnə şərh etməz. Amma bir şey soruşmaq, şərh etmək və s. lazım olan hallar var. Hər şey çox fərdi. Elə olur ki, müştəri gəlir və bir saat susur. Bəzən insan sadəcə susmaq istəyir.

Məqalələr

  • ŞİZOFRENIYA

    ŞİZOFRENIYA

    Şizofreniya – düşüncə sistemində pozuntularla xarakterizə olunan, xroniki psixoloji xəstəlikdir. Bu zaman insan intellekti toxunulmaz qalır, lakin emosional zəiflik və iradə gücünün aşağı düşməsi müşhaidə olunur.
  • DEREALİZASİYA VƏ DEPERSONALİZASİYA SİNDROMU

    DEREALİZASİYA VƏ DEPERSONALİZASİYA SİNDROMU

    Depersonalizasiya-derealizasiya sindromu ətraf aləmin qavrayışının pozulmasını nəzərdə tutur — xəstəyə elə gəlir ki, o, virtual oyunun içərisindədir, ətrafındakı bütün əşyalar və canlılar düz forma və ya qeyri-real rəngə malikdir.
  • TURETT SİNDROMU

    TURETT SİNDROMU

    Turetto sindromu (TS) tiklər ilə müşhaidə olunan, psixonevroloji pozuntudur. Tiklər dedikdə, insanın istəyi olmadan gələn gözlənilməz hərəkətlər, səsli və ya sözlə olan deyimlər nəzərəd tutulur. Tiklər də həmçinin gözlənilməz yaranır.
  • DEPRESSİYA

    DEPRESSİYA

    Depressiya əlilliyin əsas səbəblərindən biridir. İntihar on beş-iyirmi doqquz yaşlılar arasında ikinci ölüm səbəbidir. Şiddətli psixi pozğunluqları olan insanlar fiziki şərtlərə görə vaxtından əvvəl — təxminən iyirmi il əvvəl ölürlər.
  • GENERALIZƏ OLUNMUŞ TƏŞVIŞ POZUNTUSU

    GENERALIZƏ OLUNMUŞ TƏŞVIŞ POZUNTUSU

    Generalizə olunmuş təşviş pozuntusu  əhalinin təxminən uç faizini təsir edən və olduqca yayılmışdır. GTP digər narahatlıq pozğunluqlarından fərqlidir.
  • FOBİK POZUNTUSU

    FOBİK POZUNTUSU

    Fobiya — müəyyən hadisələrdə idarəolunmaz qorxu zamanı yaranan simptomdur. Psixiatriyada fobik pozuntular hər hansı obyektlərə, hərəkətlərə, vəziyyətlərə və hətta insanlara münasibətdə qorxu təcrübəsi ilə əlaqəli olanlardır; Bir fobiyanın məzmunu gündəlik həyatın hər hansı bir hadisəsi ola bilər. Fobik pozuntusu (fobiya) müəyyən obyektlər, hərəkətlər və ya vəziyyətlərlə bağlı davam edən güclü qorxudur. Qorxunc vəziyyətlərdən və gözlənilən narahatlıqdan qaçınmaqla birlikdə.
  • СИНДРОМ ДЕФИЦИТА ВНИМАНИЯ И ГИПЕРАКТИВНОСТИ У ВЗРОСЛЫХ

    СИНДРОМ ДЕФИЦИТА ВНИМАНИЯ И ГИПЕРАКТИВНОСТИ У ВЗРОСЛЫХ

    Синдром дефицита внимания и гиперактивности у взрослых
  • РАССТРОЙСТВА АУТИСТИЧЕСКОГО СПЕКТРА У ВЗРОСЛЫХ

    РАССТРОЙСТВА АУТИСТИЧЕСКОГО СПЕКТРА У ВЗРОСЛЫХ

    Расстройства аутистического спектра у взрослых
  • СИМПТОМЫ ПОГРАНИЧНОГО РАССТРОЙСТВА ЛИЧНОСТИ

    СИМПТОМЫ ПОГРАНИЧНОГО РАССТРОЙСТВА ЛИЧНОСТИ

    ОСНОВНЫЕ СИМПТОМЫ ПОГРАНИЧНОГО РАССТРОЙСТВА ЛИЧНОСТИ
  • MIZOFONIYA

    MIZOFONIYA

    Mizofoniya səsə dözümsüzlüyün bir formasıdır. Bu, yüksək və ya aşağı müəyyən səslərlə əlaqəli mənfi təcrübələrin səbəb olduğu bir pozuntudu  hesab olunur.
  • ALEKSITIMIYA

    ALEKSITIMIYA

    Aleksitimiya insanın öz emosional vəziyyətini şifahi formada təsvir edə bilməməsidir.
  • Sinesteziya

    Sinesteziya

    Sinesteziya bir duyğu və ya idrak sistemindəki stimullaşdırmanın digər sensor sistemdə avtomatik qeyri-iradi reaksiyaya səbəb olduğu nevroloji bir fenomendir.
Bütün məqalələr

Sənədlər

Diplomlar

 1
 2
 3
 4
 5
 6
 7
 8

Xarakteristikalar

 1
 2
 3
 4
 5
 6
 7
 8
 9
 10
 11
 12
 13
 14
 15
 16
 17
 18
 19
 20
 21

İxtisasın artırılması haqqında vəsiqələr

 1
 2
 3
 4
 5
 6
 7
 8
 9
 10
 11
 12
 13

Questions and Answers

Psixiatriya haqqında

  • Psixiatriya nədir və nə üçün lazımdır?
    Psixiatriya klinik təbabətin psixi pozuntuları öyrənən və onların müalicəsi, profilaktikası və psixi xəstələrə yardımı ilə məşğul olan sahəsidir.
  • Psixiatr nəyə kömək edir?
    Psixiatr-həkim psixi pozğunluqları müalicə etməyə kömək edir. Psixiatr həkimə getməkdən qorxmaq lazım deyil. Profilaktikası üçün başqaları kimi eyni şəkildə ziyarət edə bilərsiniz. Bu normaldır və burda dəhşətli bir şey yoxdur. Psixiatrı ziyarət etmək üçün özünüzü mütləq pis hiss etmək lazım deyil.
  • Psixiatrın qəbulu nə qədər davam edir?
    Müxtəlifcə. Əgər psixoterapiyada 50-55 dəqiqə normadırsa, onda psixiatriyada hər bir həkimin seansının müxtəlif müddəti var. Ağır hallarda daha çox vaxt sərf olunur,adi hallar ilə müqayisədə
  • Diaqnoz necə qoyulur?
    Psixiatriyada diaqnoz birinci yeri tutmur, çünki bir saat ərzində onu qoymaq olmaz. Sənədlər və ya doktorun özü üçün ilkin diaqnoz var. Bir müddət sonra həkim xəstənin diaqnozunu dəyişə bilər. Psixiatriyada simptomları müalicə etmək lazımdır. Bəli, qarışdırmaq mümkün olmayan xəstəliklər var və onlar dərhal görünür, məsələn, "panik pozğunluqu". Amma psixiatriyada bir-birindən o qədər də fərqlənməyən bir çox oxşar xəstəliklər var.
  • İmtina sindromu nədir?
    Dərman qəbul etməyi kəskin şəkildə dayandırsanız, çox xoşagəlməz simptomlar ola bilər. Çox vaxt imtina sindromu vaxtı insanda yorğunluq peyda olur, baş ağrıyır,ürəyi bulanır və "silkələnir". Soyuqdan qıcıqlanmağa qədər bir çox digər simptomlar ola bilər. Adətən bütün bunlar 1-2 həftəyə keçir.
  • Antidepresanlar asılılığa səbəb olur?
    Böyük bir stereotip var ki, guya antidepresanlar asılılığa səbəb olur. Onlar asıllıq yaratmır. Bu imtina sindromudur. Həmçinin belə olur ki, insan dəhşətli vəziyyətdədir, ona preparatı yazırlar və əlaqədə olmaq və ya bir aydan sonra yaxınlaşmaq deyirlər. Xəstə dərmanı qəbul edir, və özünü yaxşı hiss etməyə başlayır. Və o, əvvəlki vəziyyətinə qayıdacağından qorxur və buna görə də artıq müalicədəndə sonra dərmanı qəbul etməyə davam edir. Bu asıllıq deyil. Bu qorxudur.
  • Niyə çoxları psixiatrdan qorxur?
    Təəssüf ki, bizim peşəmizi hamı qəbul etmir və hamı başa düşmür. Bizim peşəmiz ağırdır, amma çox maraqlıdır. Dünyada hər şeyi bilmək və hər şeyi anlamaq mümkün deyil. Bir şəxs psixiatriyanın nə olduğunu və psixiatrın nə üçün lazım olduğunu başa düşmürsə, bu sualla internetə müraciət edə bilərsiniz, sevdiklərinizdən və ya digər həkimlərdən, məsələn, terapevtinizdən soruşa bilərsiniz.
  • Psixiatr və psixoloq: fərqləri nədir?
    Tez-tez bu iki peşəni qarışdırırlar, lakin onlar əhəmiyyətli dərəcədə fərqlənirlər. Psixiatr həkimdir, tibb fakültəsində təhsil alıb, sonra rezidenturanı bitirən mütəxəssisdir. Dərman yazmaq hüququ vardır. Psixoloq həkim deyil. Psixoloq "psixologiya"fakültəsini bitirib. Dərman yazmaq hüququ yoxdur.

Psixoterapiya haqqında

  • Psixoterapiya nədir, harada və niyə istifadə olunur?
    Psixoterapiya pasiyentlə həkimin qarşılıqlı əlaqəsi adlanır, bu zaman xəstənin şüurlu və şüursuz ağrılı həyəcanları üzə çıxır və yox olur. Psixoterapiya - müəyyən psixoterapevtik metodikalara əsaslanan və müalicə kimi aparmaq üçün öz qaydalarına malik olan müalicəvi prosesdir.
  • Psixoterapevt nəyə kömək edir?
    Psixoterapevt həm ciddi xəstəlikləri olan xəstələrin reabilitasiyası, həm də elə-belə yaşamağa, işləməyə, əlaqələr qurmağa və yaradıcılıqla məşğul olmağa mane olan xəstəliklərin müalicəsi üçün lazımdır. Terapiya həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
  • Psixoterapiya necə aparılır?
    Bir qayda olaraq, mütəxəssis-psixoterapevt pasiyentlə (tez-tez söhbətlər və müzakirələr yolu ilə) dərin şəxsi təmas qurmaqla, habelə müxtəlif koqnitiv, davranış, dərman və digər metodikalardan istifadə etməklə psixoterapiyanı həyata keçirir.
  • Psixoterapiya nə qədər vaxt alır?
    Psixoterapiya kursu bir neçə aydan bir neçə ilə qədər davam edir: müddəti yalnız problemin ağırlığı ilə deyil, həm də müştərinin dəyişikliklərə hazır olması (şüurlu və şüursuz) ilə müəyyən edilir.
  • Mütəxəssisin yanında gündə neçə pasiyent olur?
    Bütün istiqamətlərin həkimlərində tükənmə, yorulma var və bu normaldır. Psixoterapevtlər tez-tez özəl praktikada gündə 5-6 xəstəni qəbul edirlər. Bir gün daha çox xəstə qəbul olunsa, bu tükənməyə səbəb ola bilər. Əlbəttə, hamı da fərdidir və mütəxəssis özü qərar verir hansı cədvəl ona uyğundur.

Mənim haqqımda

  • Müştəriləri harada qəbul edirsiniz?
    Hal-hazırda Medicus klinikasında işləyirəm və müştəriləri orda qəbul edirəm.
  • Medikus klinikası haradadır?
    Klinika İnşaatçılar metrosunun yanındadır, ünvan: Abbas Mirzə Şərifzadə küç,55.
  • Seansa necə yazılmaq olar?
    Seansa yazılmaq üçün bura daxil ola bilərsiniz və ya bura zəng edib/yaza bilərsiniz(WhatsApp var) +994 50 882 41 38
  • Seansın qiyməti nə qədərdir?
    Qiymət haqqında öyrənmək üçün mənə zəng edib və ya yaza bilərsiniz.