Şizofreniya — düşüncə sistemində pozuntularla xarakterizə olunan, xroniki psixoloji xəstəlikdir. Bu zaman insan intellekti toxunulmaz qalır, lakin emosional zəiflik və iradə gücünün aşağı düşməsi müşhaidə olunur. İlk dəfə bu termin 1908 ci ildə İsveçrəli psixiatr Elqeyn Bleyler tərəfindən istifadə olunub. Təbii ki, şizofrniya bundan əvvəl də mövcud olub, lakin yalnız 20 ci əsrin əvvəli onun xüsusi psixoz növlərindən biri olduğu təsəvvürü yaranmışdı.
Şizofreniya (yun. σχίζω — yarmaq və φρήν - ağıl, düşüncə). Demensiya (lat. dementia — ağılsızlıq).
İlkin simptomlar:
- Daxili narahatlıq
- Qeyri-müəyyən qorxu
- Yuxusuzluq
- Diqqət pozuntusu
- Düşünmə qabiliyyətində pozuntu
- Qıcıqlanma, güvənsizlik
- Həyata qarşə marağın itməsi, ruh düşkünlüyü
- İnsanın öz dünyasına qaçışı
- Səs-küyə həssaslığın artması
- Ailə üzvlərilə və dostlarla olan mönasibətdə problemlər
Psixiatriyada şizofreniyanın bütün simptomları adətən pozitiv (produktiv) və negativ bölünür.
Pozitiv simptomlara aiddir:
- Sayıqlama
- Hallüsünasilar
- Depersonalizasiya
- Derializasiya
Neqativ simptomlara aiddir:
- Təfəkkürün zəifləməsi
- Diqqətin zəifləməsi
- Nitq pozuntusu
- Sosial aktivliyin zəifləməsi
- Maraqların itməsi
Günümüzdə şizofreniyanın əsas formalarına aiddir:
- Paranoidli
- Heberfonik, heberfren
- Katotonik
- Fərqləndirilməmiş
- Qalıcı (rezidual)
- Sadə
- Latent
- Psevdonevrotik, nevrotik
- Psevdopsixopatik, psixopatik
- Kasıb simptomlar
- Paronoyal
- Ssiklik
MKB-11 də, beta versiyadan başlayaraq, dalınca Amerikan psixiatrik assosiasiayalar və DSM-5 bütün yarımtip şizofreniya silinmişdir.
MKB-11 də ayrılıb:
Şizofreniya, ilkin epizod;
Şizofreniya, bir neçə epizodlar;
Şizofreniya, kəsilməyən;
Digər spesifik şizofreniya;
Spesifikliksiz şizofreniya;
Bu o demekdir ki, yarımtip mövcud olan bütün şizofreniya (paranoidli, katotonik, heberfenikli və s.) aradan qaldırılmışdır. Diaqnostik kreteriyalara yenidən baxılmış, digər axış mərhələləri qeydə alınmışdır. Şizofreniya formalarının əvəzinə MKB-11 də onun əsas simptomları qeydə olunmuşdur — pozitiv, neqativ, depressiv, manikalpsixomotor, koqnitiv.
Xəstəliklərin və əlaqədar sağlamlıq problemlərinin Beynəlxalq Statistik Təsnifatı səhiyyədə aparıcı statistik və təsnifat çərçivəsi kimi istifadə olunan sənəddir. Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi altında hər on ildən bir nəzərdən keçirilir.
Paranoidli şizifreniya
Paranoidli şizifreniya — daha tez qarşılaşdığımız formadır. Bu zaman müşhaidə olunur: sayıqlama,münasibət və xüxusi təyin olunma, qısqanclıq obyektinin dəyişməsi, təhdidedici məzmun daşıyan səslər, neverbal xarakter daşıyan hallüsionik səslər, həmçinin də dad hallüsionasiyaları, taktil. Emosional adekvatsızlıq, tez-tez ruh halı dəyişkənliyi, qəzəb və qorxu hissləri müşhaidə olunur.
Heberfrenik şizofreniya
Heberfrenik şizofreniya xarakterizə olunur-uzunçuluq(çürükçülük), sünilik, gözlınilməz davranışlar, şuluqçuluq, oyunbazlıq, fraqmentli sayıqlama. Həmçinin də, səbəbsiz gülüşlər, ağılsız hərəkətlər və təkrarolunan sözlər ilə müşayiət olunur. Şizofreniyanın bu formasına danışığ və düşüncə qabiliyyətinin şikəstliyi, neqativ simptomatikanın şişkinliyi xarakterizə olunur.
Katotonik şizofreniya
Katotonik şizofreniya — giperkinozdan tutmuş stupora qədər, psixomotor pozuntular ilə xarakterizə olunur. Bu donuxluq uzunmüddətli və ya tam əksinə voskovik elastiklik ilə müşayiət olunur. Həmçinin də bu forma şizofreniyaya periodik aqressiya da xarakterizə olunur.
Şizofreniyanın sade tipi nadir hallarda rastlanır və yavaş-yavaş inkişaf eden neqativ simptomatika, sosial adoptasiyaya uyğunlaşmanın zəifliyi və adekvatsız reaksiyalar ilə xarakterizə olunur.
ŞİZOAFFEKTİV POZUNTU
Şizoaffektiv pozuntu epizodik pozuntu sayılır. Bu zaman şizofreniyanın və manikal, qarışıq və depressiv (mülayim və ya ağır) diaqnostikası həmin xəstəliyin epizodları zamanı, eyni zamanda və ya bir neçə gün intervalı ilə baş verir. Digər sözlər ilə desək birbirinə bağlı ikikomponent var: əhvalruhiyyənin patalogiyası (depressivli və ya maniya) və şizofrenik təzahür (sayiqlama və hallisüonasiyalar).
Şizoaffektiv pozuntunun əlamətləri şizofreniyanı, bipolar pozuntunu və digər psixiki pozuntuları xatırlada bilər.
Şizofreniyanın müəyyən simptomları (sayıqlama, hallisüonasiyalar, düşüncənin intizamsızlığı, spontanlıq, məxsusluq və konrol hissləri). Tipik mülayim və ya ağır depressiv (əhvalruhiyyənin aşağı düşməsi, marağın itməsi, enerji pozuntusu), manikal epizodlar (emosional halın qabarıq olması, eyforiya, qıcığlanma və ya eksponsivlik: aktivliyin artması və ya enerji artımının subyektiv hissi) və ya qarışıq epizodlar.
Şizoaffektiv psixoz zamanı simptomlar üç əsas formaya bölünür. Onlar adətən birbiri ilə uyğunlaşır və ardıcıl olurlar:
- Psixotik simptomlar — reallıq hissinin itməsi, hallisionasiyalar, sayıqlama, düşüncə pozuntusu.
- Maniakal simptomlar — sosial duruxma, yüksək özgüvən, yuxu və dincəlmə təlabatının aşağı düşməsi, gözlənilməz aqresiyya halları).
- Depressiv simptomlar — həyata marağın itməsi, yorğunluq, diqqət pozuntusu, özgüvənliyin aşağı düşməsi, intihar düşüncələri, iştahın aşağı düşməsi).
Şizoaffektiv pozuntu zamanı simptomlar xəstəlik növündən asılıdır:
1. maniakal tip — yüksək əhvalruhiyyə fonunda olan sayıqlamalar və hallisionasiyalar, hiperaktivlik.
2. depressiv tip — əhvalruhiyyənin aşağı düşməsi, həyata olan marağın itməsi, qəm-qüssə hissləri fonunda olan neqativ və özünügunahlandırma xarakterli sayıqlamalar və hallisionalar.
3. qarışıq tip — hər iki formanın simptomlarını özündə daşıyır, onlar birbirini əvəz edir.
ŞIZOTEPIK POZUNTU
Şizotepik pozuntu (aşağı proqressiv şizofreniya; əvvəllər ləng şizofreniya adlanırdı) — psixiki pozuntudur, simptomatikanın varlığı ilə xarakterizə olunur, şizofreniyanın simptomlarına bənzəyir (məsələn, düşüncə və emosiyaların pozuntusu, ağılsız hərəkətlər, soyuğluq, sayıqlamaya çata bilməyən paranoidli ideyalar, sosial izolasiya və s.) lakin bunlar yalnız periodik xüsusiyyət daşıyır və çox qabarıq olmur.
Simptomlar:
- Paranoya və ya həddindən artığ şübhə
- Vecsizlik, soyuğluq, cəmiyyətdən ayrı qalmaq
- Ətrafdakılarla münasibət qurmaqda çətinlik
- Adekvatsız reaksiyalar, ekssentrik davranış
- Bezdirici fikirlər
- Hallisionasiyalar
- Depersonalizasiya
- Dezorientasiya
“Şizotepik pozuntu” anlayışı yavaş-yavaş təkamül etmişdir: latent şizofreniya, yüngül şizofreniya, psixoteksiz şizofreniya, sanator şizofreniya, gizli şizofreniya, psevdonevrotik şizofreniya, yavaş başlayan şizofreniya, lavralı şizofreniya.