Mənim haqqımda

Mənim haqqımda

Mən Əliyeva Səbinə Eldar qızı, 4 fevral 1992-ci ildə Bakı şəhəri Azərbaycanda anadan olmuşam. 1998-ci ilin sentyabr ayında Bakıda yerləşən 160 nömrəli Klassik gimnaziyanın 1- ci sinifinə daxil olmuşam.

1999-ci ildə H.Sarabski adına 7 nömrəli uşaq Musiqi məktəbinə daxil olmuşam. 2006-cı ildə fortopiano üzrə həmin məktəbi bitirmişəm.

2006-cı ilin sentyabr ayında Azərbaycan-Rus ООО “U.T.M.-XXI əsr” orta məktəbinə keçdim.

2009-cu ildə orta təhsilimi bitirdim.

2010-cu ilin sentyabr ayından 2011-ci ilin iyun ayına qədər Böyük Britaniyanın Kembric şəhərində yerləşən Bellerbis kollecində, biologiya, fizika, ali riyaziyyat, kimya, fransız və ingilis dillərini öyrənərək təhsil almışam.

2011-i ildə Sankt-Peterburq dövlət tibb universitetində “Müalicə işi” ixtisasına daxil olmuşam.

27 iyun 2017-ci ildə həmin universiteti bitirib “Həkim” mütəxəssis diplomunu almışam.

18 iyun 2017-ci ildə “Sahə üzrə həkim-terapevt” ilkin akreditasiyanı keçmişəm.

2015-ci ildən 2020-ci ilə qədər Şərqi-avropa psixoanaliz universitetində “Psixologiya” üzrə təhsil almışam.

Linqvistika üzrə Sankt-Peterburq Dövlət İqtisad (SPbGEU) universitetini bitirmişəm.

2017 ci ildə V.M. Bexterev adına milli tibb elmi-teqdidi mərkəzinə “Psixiatriya” üzrə ordinaturasına daxil olmuşam.

2018-ci ilin sentyabr ayında həmin mərkəzin “Psixoterapiya” üzrə professional yenidənhazırlığa daxil olmuşam.

2019-cu il 1 iyulda “Psixiatriya” üzrə ordinaturanı və “Psixoterapiya” üzrə professional yenidənhazırlığı bitirmişəm.

2018-ci ilin sentyabrında professional yenidənhazırlığın “Uşaq və yeniyetmələr ilə nəzəri və praktiki psixoloji iş”-nə daxil olmuşam.

27 fevral 2019 cu ildə professional yenidənhazırlığ üzrə “Uşaq psixoloqu” diplomunu almışam.

2019-2020 ci illər ərzində Şərqi-avropa universitetində ixtısasartırma üzrə aşağıdakı kursları keçmişəm: “Psixoanaliz və Psixoterapiyada vaqiə”, 2019, “Uşaqlar ilə Psixoanalitik iş”, 2019, “Uşaq Psixoterapiyası.Valideynlərin konsultasiyası.Hamiləlik Psixoanalizi”, 2019 “Şəkil Psixoanalizi”, 2020.

Həmçinin 19 fevralda Şərqi-avropa universitetində yenidənhazırlıq üzrə “Ailə konsultasiyası və psixoterapiya”-nı bitirmişəm, 2019-2020.

Bundan əlavə, V.M. Bexterev adına milli tibb elmi-teqdidi mərkəzində ixtisasartırma üzrə “Nevrotik pozuntular”, “Klinik epileptologiya”, 2019, “Suisidologiyanın və kritik halların əsası”, 2019 kurslarını keçmişəm.

2020-ci ilin mart-aprel aylarında V.M. Bexterev adına milli tibb elmi-teqdidi mərkəzində ixtisasartımı üzrə “Psixosomatika və Yuxu pozuntusunun müalicəsi və diaqnostikası” kursunu keçmişəm.

2021-ci ildə İoAPE universiteində “Posttravmatik stress pozuntusu Uşaqlar ilə psixoterapevtik işin xüsusiyyətləri” kursunu keçmişəm. Həmçinin RUDN universitetində “Rəqəmsal nəsil tədris və tərbiyyə texnologiyası”, “Təhsildə müasir psixo-pedoqoji texnologiyaları” , “Uşaq və yeniyetmələrin psixo-pedoqoji müşayiəti” kurslarını keçmişəm. 

 

Diplom işlərinin mövzuları:

 

  1. Psixiatriya: “Uşaq və yeniyetmələrdə epileptik psixozlar”.
  2. Psixoterapiya: “Epilepsiya zamanı uşaq və yeniyetmələrdə nevrotik pozuntular”.
  3. Psixologiya: “Epilepsiya xəstəsi olan yeniyetmələrin emosional-psixoloji xarakteristikaları”.
  4. Linqvistika: “Media mətnlərində qiymətləndirici semantika ilə toplu ifadələrin tərcüməsi yolları”.